"Sabah" avrokuboklarda mübarizəni dayandırdı 

"Sabah" avrokuboklarda mübarizəni dayandırdı 

Azərbaycan təmsilçisi "Sabah" UEFA Konfrans Liqasında mübarizəni dayandırıb. 
Olimpnews.az xəbər verir ki, paytaxt təmsilçisi doğma meydanda Bolqarıstanın "Levski" klubu ilə bacarmayıb. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
Qarşılaşmada hesab 40-cı dəqiqədə açılıb. Radoslav Krilov "Levski"bu hesabda önə çıxarıb. Oyunun 87-ci dəqiqəsində isə Mazire Soula yekun hesabı müəyyənləşdirib -0:2.
Bu komandalar arasında Sofiyada keçirilən ilk oyun "Levski"nin minimal hesablı qələbəsi (1:0) ilə yekunlaşmışdı. Beləliklə, Bolqarıstan təmsilçisi iki oyunun nəticəsinə görə, 3:0 hesablı qələbə ilə növbəti mərhələyə yüksəlib. "Sabah" üçün isə avrokuboklar macərası başa çatıb.