""Araz-Naxçıvan" Konfrans Liqasında mübarizəni dayandırdı 

""Araz-Naxçıvan" Konfrans Liqasında mübarizəni dayandırdı 

"Sabah" klubunun ardınca "Araz-Naxçıvan" komandası da UEFA Konfrans Liqasında mübarizəni dayandırıb.  
Olimpnews.az xəbər verir ki, Naxçıvan təmsilçisi III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində səfərdə Kiprin "Omoniya" klubuna 5:0 hesabı ilə məğlub olub. 
Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda "Omoniya" klubu 4:0 hesablı qələbə qazanmışdı. 
Beləliklə, iki oyunun nəticəsinə görə 9:0 hesabı ilə rəqibinə məğlub olan "Araz-Naxçıvan" Konfrans Liqasında mübarizəni dayandırıb.