Konfrans Liqası: "Beşiktaş" növbəti mərhələdə 

Konfrans Liqası: "Beşiktaş" növbəti mərhələdə 

Türkiyənin "Beşiktaş" klubu UEFA Konfrans Liqasının pley-off mərhələsinə vəsiqə qazanıb. 
Olimpnews.az xəbər verir ki, "qara qartallar" III təsnifat mərhələsinin cavab oyununda doğma meydanda İrlandiyanın "Sent Patriks" klubuna 3:2 hesabı ilə qələbə qazanaraq bu hüquqa yiyələnib. Oyuna qonaqlar fəal başlayıblar. Konor Karti 3-cü dəqiqədə penaltidən fərqlənməklə komandasını hesabda irəli çıxarıb. 34-cü dəqiqədə Ryan Mklauqlin hesabdaki üstünlüyü iki topa çatdırıb. Lakin tezliklə toparlanan "Beşiktaş" klubu hissənin sonlarına yaxın fərqi minimuma endirib. 43-cü dəqiqədə Demir Tiknaz qol müəllifi olub. 49-cu dəqiqədə Tammi Abraham hesabı bərabərləşdirib. Oyunun 79-cu dəqiqəsində isə Joao Mario "Beşiktaş"ın qələbə qolunu vurub. 
Bu komandalar arasında İrlandiyadakı ilk oyunda Türkiyə təmsilçisi 4:1 hesablı qələbə qazanmışdı. Beləliklə, iki oyunun nəticəsinə görə, 7:3 hesablı qələbə qazanan "qara qartallar" pley-offa yüksəlib. 
Qeyd edək ki, "Beşiktaş"ın Liqa mərhələsinə vəsiqə uğrunda həlledici görüşdəki rəqibi İsveçrənin "Lozanna" klubu olacaq.