Bu gün Avropanın aparıcı ölkə çempionatlarına start verilir 

Bu gün Avropanın aparıcı ölkə çempionatlarına start verilir 

Bu gün İspaniya, İngiltərə və Fransada futbol üzrə ölkə çempionatlarına start veriləcək. 

Olimpnews.az xəbər verir ki, İspaniya La Liqasının ilk turu iki oyunla başlayacaq. Turun açılış oyunu  "Jirona" və "Rayo Valyekano" komandaları arasında olacaq. Oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Günün digər oyunu isə "Vilyareal" və La Liqanın debutantı olan "Ovyedo" komandaları arasında olacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:30-da səslənəcək. 

İngiltərə Premyer Liqası isə  "Liverpul" - "Bornmut" oyunu ilə start götürəcək. Bu qarşılaşma Bakı baxtı ilə saat 23:00-da başlayacaq. 

Fransa Liqa 1-in açılış oyunu isə “Renn” - “Marsel” oyunu ilə başlayacaq. Oyun saat 22:45-də start götürəcək.