Bu gün Misli Premyer Liqasına start veriləcək

Bu gün Misli Premyer Liqasına start veriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında 2025/2026 mövsümünə start veriləcək. 
Olimpnews.az xəbər verir ki, turun ilk oyun günündə azarkeşlər bir oyun izləyəcəklər. "Karvan-Yevlax" komandası Şamaxı şəhər stadionunda  "Qəbələ"ni qəbul edəcək. Saat 17:00-da start fiti səslənəcək oyunun baş hakimi FIFA referisi Əliyar Ağayev olacaq. 
Birinci turun digər oyunları avqustun 16, 17 və 19-da keçiriləcək. "Sabah" - "Qarabağ" görüşü isə Ağdam klubunun Çempionlar Liqasında yoluna davam edəcəyi üçün təxirə salınıb.