FILA reytinq siyahısını yenilədi

FILA reytinq siyahısını yenilədi


Beynəlxalq Güləş Federasiyası (FILA) 2014-cü ilin yanvar ayı üçün güləşçilərin reytinq siyahısını açıqlayıb. Qeyd edək ki, bu, güləş qaydalarında və çəki dərəcələrində edilən dəyişikliklərdən sonra ilk reytinq siyahısıdır. Dəyişiklikləri nəzərə alan FILA hər çəki dərəcəsi üzrə siyahıya əvvəlki kimi 10 deyil, 20 idmançı daxil edib.

Yunan-Roma güləşi üzrə

59 kq - Eldəniz Əzizli (13)
66 kq - Həsən Əliyev (5), Rəsul Çunayev (8), Azad Əliyev (13)
71 kq - Hacımurad Bağmanov (17)
75 kq - Rafiq Hüseynov (11)
80 kq - Elvin Mürsəliyev (11)
85 kq - Saman Təhmasibi (2)
98 kq - Şalva Qadabadze (4)

Sərbəst güləş üzrə

57 kq - Yaşar Əliyev (11)
61 kq - Əhmədnəbi Qvarzatilov (10), Hacı Əliyev (11)
65 kq - Ağahüseyn Mustafayev (16)
74 kq - Cəbrayıl Həsənov (10), Əşrəf Əliyev (16)
86 kq - Aleksandr Qostiyev (8)
97 kq - Xetaq Qazyumov (2), Şərif Şərifov (8)
125 kq - Cəmaləddin Məhəmmədov (8)

Qadın güləşi üzrə

48 kq - Mariya Stadnik (2)
58 kq - Yuliya Ratkeviç (2)
75 kq - Səbirə Əliyeva (13)