Britaniyalı mütəxəssis Kristian Hornerin "Red Bull Rasinq"dən gedişi rəsmiləşib.
Olimpnews.az xəbər verir ki, bu barədə Böyük Britaniya Şirkətlər Evindən məlumat verilib.
Qeyd edək ki, Avstriya komandasının rəhbəri iyulun 9-da vəzifəsindən uzaqlaşdırılıb. Horner 2007-ci ilin martında "Red Bull"a direktor təyin edilib. Hazırda onu Laurent Mekies əvəz edir.