Norveçlilər olimpiadada liderliyi ələ aldılar

Norveçlilər olimpiadada liderliyi ələ aldılar

Bu günə olan məlumatlara görə, Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunlarının medal sıralamasında Almaniya liderliyi Norveçə təhvil verib.
Beləliklə, Norveç 8 qızıl, 4 gümüş, 7 (19) medalla I, Almaniya 8 qızıl, 3 gümüş və 4 bürünc (15) II, ABŞ 7 qızıl, 4 gümüş, 10 bürünc (21) medalla III yerdədir.
Yarışlara ev sahibliyi edən Rusiya 6 qızıl, 8 gümüş və 7 bürünc (21) medalla IV, Hollandiya 6 qızıl, 6 gümüş, 8 bürünc (20) medalla V, İsveçrə isə 6 qızıl, 3 gümüş, 1 bürünc (10) medalla VI pillədə qərarlaşıblar.