"Napoli" "Sevilya"nın müdafiəçisi Xuanlunu transfer etməkdə israrlıdır.
Olimpnews.az jurnalist Fabrizio Romanonun verdiyi məlumata istinadən xəbər verir ki, müqavilə son mərhələyə çatıb. Xuanlu Premyer Liqa klublarından gələn təklifə baxmayaraq, "Napoli"ni seçib.
Məlumat üçün bildirək ki, ispaniyalı futbolçu ötən mövsüm 35 oyunda 5 qol və 5 məhsuldar ötürmə ilə diqqət çəkib.
"Napoli" müqaviləni tamamlamaq üzrədir
