La Liqa: açılış turunda 4 qol 

La Liqa: açılış turunda 4 qol 

Futbol üzrə İspaniya La Liqasına start verilib. 
Olimpnews.az xəbər verir ki, turun açılış oyunu "Jirona" və "Rayon Valyekano" komandaları arasında olub. Oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb. Matçda hesabı 18-ci dəqiqədə Xorxe de Frutos açıb. İki dəqiqə sonra Alvaro Qarsia fərqi iki topa çatdırıb. 43-cü dəqiqədə meydana sahiblərinin oyunçusu Paulo Qazzaniaqa birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. İki dəqiqə sonra İsi Palazon penaltidən hesabı 0:3 edib. Meydan sahiblərinin yeganə təsəllisi Joel Rokanın 57-ci dəqiqədə vurduğu qola çatıb.