İspaniya La Liqası çərçivəsində ilk turun daha bir oyunu keçirilib.
Olimpnews.az xəbər verir ki, turun ikinci oyununda "Vilyareal" çempionatın debutantı olan "Oviedo"nu qəbul edib. Oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Vilyareal"ın heyətində Eta Eyonq 29-cu, Pepe Queye isə 36-cı dəqiqədə fərqlənib.
Beləliklə, "sarı sualtı qayıq" La Liqaya üç xalla başlayıb.
La Liqa: "Sarı sualtı qayıq"dan inamlı qələbə
