Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Kinqsli Kumanla 3 illik müqavilə imzalayıb.
Olimpnews.az klubun X sosial şəbəkəsinə istinadən xəbər verir ki, bununla da ərəb komandası "Bayern Münhen"in 29 yaşlı sol cinah hücumçusunu rənglərinə bağladığını rəsmi olaraq elan edib.
Klubun paylaşımında "Xoş gəldin, Kuman" sözləri yazılıb. Futbolçu yeni klubunda 21 nömrəli formanı geyinəcək.
Qeyd edək kİ, fransalı cinah oyunçusu Bundestim təmsilçisinin heyətində 45 matçda forma geyinib və 9 qolla yadda qalıb.
Kuman "Əl-Nəsr"lə üç illik müqavilə imzaladı

