Türkiyə Super Liqasının ikinci turunda "Fatih Karagümrük" klubuna 3:0 hesabı ilə məğlub edən "Qalatasaray" liqadakı ardıcıl oyunlarda qalibiyyət seriyasını 13-ə çatdırıb.
Olimpnews.az Türkiyə mediasına istinadən xəbər verir ki, "sarı-qırmızılılar" son məğlubiyyətini ötən mövsüm Super Liqanın 29-cu turunda "Beşiktaş"la derbidə alıb.
"Aslanlar" liqada derbidən sonrakı oyunlarda "Samsunspor", "Bodrum", "Trabzonspor", "Göztəpə" və "Başakşəhər"ə 2:0, "Kayserispor"u 3:0, "Sivasspor"u 4:1, "Eyüpspor"u da 5:1 məğlub edib. "Sarı-qırmızılılar" kubokda isə "Fənərbağça"ya 2:1, "Konyaspor"a 5:1, "Trabzonspor"a isə 3:0 qalib gəlib. Bu mövsüm Super Liqanın ilk turunda "Qaziantep" uzərində 3:0 hesablı qələbə qazanan "Qalatasaray", ikinci turda "Fatih Karagümrük" klubunu da eyni hesabla məğlub edib. Bu oyunlarda rəqib qapılarından 38 top keçirən "aslanlar" öz qapısında cəmi 4 qol görüb.
"Qalatasaray"dan ardıcıl 13-cü qələbə
