Misli Premyer Liqasi: "Turan Tovuz" son saniyələrdə üç xalı əldə etdi 

Misli Premyer Liqasi: "Turan Tovuz" son saniyələrdə üç xalı əldə etdi 

Futbol üzrə Misli Premyer Liqasının birinci turu çərçivəsində daha bir oyun keçirilib. 
Olimpnews.az xəbər verir ki, turun ikinci oyun gününə Şamaxıda start verilib. Premyer Liqanın debütantı "İmişli" Şamaxı şəhər stadionunda "Turan Tovuz"u qəbul edib. Oyun qonaqların minimal hesablı qələbəsi ilə başa çatıb -1:0. 90+9-cu dəqiqədə Roberto Olaben "Turan Tovuz"a qələbə qazandıran qolun müəllifi olub. Günün digər oyununda "Neftçi" komandası Bakıda, "Neftçi Arena"da "Şamaxı"nı qəbul edəcək. Oyunun start fiti saat 20:00-da səslənəcək.