Futbol üzrə İngiltərə Premyer Liqasında birinci turun oyunları davam edir.
Olimpnews.az xəbər verir ki, 8 ildən sonra Premyer Liqaya geri qayıdan "Sanderlend" klubu doğma meydanda "Vest Hem" klubunu qəbul edib. Oyun meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb- 3:0. "Sanderlend"in qələbə qollarını Eliezer Mayenda (61-ci dəqiqə), Daniel Ballard (73) və Vilson İsidor (90+2) vurub. Beləliklə, meydan sahibləri üç xalı üç qolla qazanıb.
8 il sonra Premyer Liqaya qayıdan "Sanderlend"dən inamlı qələbə
