Futbol üzrə Misli Premyer Liqasında ikinci oyun gününə yekun vurulub.
Olimpnews.az xəbər verir ki, günün son oyununda "Neftçi" və "Şamaxı" klubları üz-üzə gəlib. "Neftçi Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib -1:1.
Oyunda hesab 23-cü dəqiqədə açılıb. Karim Rossi "Şamaxı"nı hesabda önə çıxarıb. Lakin meydan sahibləri ilk hissənin sonlarında hesabı bərabərləşdirib. Emin Mahmudov 45+2-ci dəqiqədə penaltidən rəqib qapısına yol tapıb.
Beləliklə, hər iki komanda heç-heçə sayəsində aktivinə bir xal yazdırıb.
Qeyd edək ki, tura avqustun 19-da yekun vurulacaq.
Misli Premyer Liqası: "Neftçi" - "Şamaxı" oyununda qalib müəyyənləşmədi
