"Mançester Siti" klubu futbol üzrə İngiltərə Premyer Liqasına boyükhesablı qələbə ilə başlayıb.
Olimpnews.az xəbər verir ki, "şəhərlilər" ilk turda "Vulverhempton"un qonağı olub. Xosep Quardiolanın komandası oyunda 4:0 hesablı qələbə qazanıb.
"Mançester Siti"nin heyətində Erlinq Haland (34, 61), Ticani Reynders (37) və Rayan Çerki (81) vurub.
Beləliklə, "şəhərlilər" Premyer Liqanın ilk turunda böyükhesablı qələbə qazanaraq aktivinə üç xal yazdırıblar.
"Şəhərlilər" Premyer Liqaya böyükhesablı qələbə ilə start verdilər
