Son çempion La Liqaya böyükhesablı qələbə ilə start verdi 

Son çempion La Liqaya böyükhesablı qələbə ilə start verdi 

İspaniyanın "Barselona" klubu La Liqaya qələbə ilə başlayıb. 
Olimpnews.az xəbər verir ki, ilk turda "Malyorka"nın qonağı olan Kataloniya təmsilçisi üç xalı üç qolla qazanıb.
Oyunda hesabı 7-ci dəqiqədə Rafinya açıb. Hans-Diter Flikin komandası 23-cü dəqiqədə Ferran Torresin qolu sayəsində fərqi iki topa çatdırıb. 
Qarşılaşmanın 33-cü dəqiqəsində Mani Morlanes, 39-cu dəqiqəsində isə Vedat Muriqi qırmızı vərəqə alaraq "Malyorka"nı azlıqda qoyub. 
"Barselona" klubu 9 nəfərlə qalan rəqibin qapısına növbəti dəfə 90+4-cü dəqiqədə yol tapıb. Lamin Yamal baxımlı zərbə ilə matçda yekun hesabı müəyyənləşdirib.