"Bayern Münhen" klubu 11-ci dəfə Almaniya Superkubokunun qalibi olub.
Olimpnews.az xəbər verir ki, finalda "Ştutqart"la qarşılaşan Münhen təmsilçisi rəqibini 2:1 hesabı ilə məğlub edib. Oyunda hesabı 18-ci dəqiqədə Harri Keyn açıb. Matçın 77-ci dəqiqəsində "Bayern Münhen"in yeni transferi Luis Dias fərqi iki topa çatdırıb. Qarşılaşmanın sonlarına yaxın, 90+3-cü dəqiqədə Camie Levelinq buraxılan qollardan birinin əvəzini çıxsa da, "Ştutqart" məğlubiyyətdən yaxa qurtara bilməyib. Beləliklə, "Bayern Münhen" klubu yeni mövsümə kubokla başlayıb.
"Bayern Münhen" mövsümə kubokla başladı - FOTO







