La Liqa: "Valensiya" xal itirdi, "Barselona" və "Alaves" isə turu qələbə ilə başa vurdu 

La Liqa: "Valensiya" xal itirdi, "Barselona" və "Alaves" isə turu qələbə ilə başa vurdu 

Futbol üzrə İspaniya La Liqasında birinci turun ikinci oyun gününə yekun vurulub. 
Olimpnews.az xəbər verir ki, günün ilk oyununda "Barselona" "Malyorka"nı səfərdə üç cavabsız qolla məğlub edib. Günün digər iki oyunu isə eyni saatda başlayıb. "Valensiya" klubu doğma meydanda "Real Sosiedad"la 1:1 hesablı bərabərliyə razılaşıb. "Alaves" - "Levante" qarşılaşmasında isə meydan sahibləri minimal hesablı qələbəyə seviniblər 2:1.