Misli Premyer Liqası: Bu gün daha bir oyun keçiriləcək 

Misli Premyer Liqası: Bu gün daha bir oyun keçiriləcək 

Bu gün futbol üzrə Misli Premyer Liqasında birinci tur çərçivəsində daha bir oyun keçiriləcək. 
Olimpnews.az xəbər verir ki, üçüncü oyun günündə "Sumqayıt" komandası "Kəpəz"i qəbul edəcək. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək oyunun start fiti saat 20:30-da səslənəcək. Oyunun baş hakimi Fərid Hacıyev olacaq. 
Qeyd edək ki, turun əvvəlki oyunlarında "Karvan-Yevlax" - "Qəbələ" və "Neftçi" - "Şamaxı" oyunları 1:1, "İmişli - "Turan Tovuz" oyunu isə qonaqların minimal hesablı qələbəsi (0:1) ilə başa çatıb. 
Tura avqustun 17-də "Zirə" - "Araz-Naxçıvan" oyunu ilə yekun vurulacaq. "Sabah" - "Qarabağ" oyunu isə təxirə salınıb.