Beynəlxalq Cüdo Federasiyası Akademiyasının cüdo məşqçiliyi üzrə sertifikat proqramı uğurla başa çatıb.
Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, yekun mərasimdə imtahanları müvəffəqiyyətlə başa vuran iştirakçılara xüsusi nişanlar təqdim olunub. Onlara gələcək məşqçilik fəaliyyətlərində və cüdonun inkişafı ilə bağlıü işlərində uğurlar arzulanıb.
Qeyd edək ki, ölkəmizdə 5-ci dəfə təşkil edilən bu proqramı indiyədək 200-dən çox məşqçi uğurla tamamlayıb.