"İnter Mayami"nin hücumçusu Lionel Messi "Los Anceles"lə matçda fərqlənib - 3:1.
Olimpnews.az Goal.com-a istinadən xəbər verir ki, bununla da o karyerasında 875-ci qolunu vurub. Messi 1116 matçda bu göstəriciyə tarixdə hamıdan daha tez çatıb. 38 yaşlı argentinalı futbolçu həm də 875 qol vuran ən gənc futbolçu olub.