"Canavarlar"ı tərk etdi 

"Canavarlar"ı tərk etdi 

"Roma"nın müdafiəçisi Maraş Kumbula karyerasını "Malyorka"da davam edəcək. 
Olimpnews.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano sosial şəbəkə hesabında paylaşım edib. Kumbula İspaniya klubunda icarə əsasında çıxış edəcək. Klub bunun üçün qarşı tərəfə 6 milyon avro ödəyəcək. La liqa təmsilçisi futbolçunu almaq hüququ da olacaq.

Qeyd edək ki, Kumbula ötən mövsümü "Espanyol"da keçirib. O, Kataloniya klubunda 36 matçda 3 qol vurub.