İspaniyalı futbolçu ilə müqavilə bağlana bilər 

İspaniyalı futbolçu ilə müqavilə bağlana bilər 

"Aston Villa" PSJ-nin yarımmüdafiəçisi Marko Asensio ilə tam hüquqlu müqavilə imzalamaq qərarına gəlib. 
Olimpnews.az Caught Offside saytına istinadən xəbər verir ki, 29 yaşlı ispaniyalı futbolçu ötən mövsümün ikinci hissəsində icarə əsasında Birmingem klubunda çıxış edib.
 "Aston Villa" futbolçu üçün PSJ-yə 15 milyon avro təklif etməyə hazırlaşır. 
Qeyd olunur ki, bu məbləğ parislilərin tələblərini ödəməlidir.