Beşqat NBA çempionu Dennis Rodman, tarixin ən böyük basketbolçusunun kim olması barədə sualı cavablandırıb .
Olimpnews.az xəbər verir ki, ondan əfsanəvi Maykl Cordan və dördqat NBA çempionu, hazırda "Los Anceles Lekers"in hücumçusu LeBron Ceyms arasında seçim etmək istənilib. Bununla belə, Rodman Kobe Brayantı seçib. "İnsanlar hamısı Cordanı xatırlayır - onun haqqında hər zaman danışırlar. Amma sanki başqa birini - Kobe Brayantı unudublar. Nədənsə, demək olar ki, onun adı çəkilmir, başqaları müzakirə olunur, amma Kobe deyil" - deyə Rodman YouTube platformasındakı verilişlərin birində vurğulayıb.
"İnsanlar Kobe Brayntı unudublar" - Rodman
