İcarəni müqavilə ilə əvəz etdi

İcarəni müqavilə ilə əvəz etdi

PSJ-nin müdafiəçisi Nordi Mukiele "Sanderlend" klubuna keçib.

Olimpnews.az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, transfer 12 milyon avro təşkil edib. Müqavilə 30 iyun 2029-cu ilə qədər imzalanıb.

Qeyd edək ki, 27 yaşlı fransalı futbolçu 2022-ci ilin yayında "Leypsiq"dən Paris klubuna keçib. Futbolçu ötən mövsümü icarə əsasında "Bayer"də keçirib.