"Stemford Bric"də səssiz başlanğıc

"Stemford Bric"də səssiz başlanğıc

"Çelsi" klubu İngiltərə Premyer Liqasına xal itkisi ilə başlayıb. 
Olimpnews.az xəbər verir ki, "Stemford Bric"də "Kristal Pelas" klubununu qəbul edən "zadəganlar" meydanı qolsuz heç-heçə ilə tərk edib. Beləliklə, hər iki komanda yeni mövsümə bir xalla start verib. 
Qeyd edək ki, "Çelsi" növbəti turda "Vest Hem"in qonağı olacaq. "Kristal Pelas" isə doğma meydanda "Nottingem Forest"i qəbul edəcək.