Futbol üzrə Misli Premyer Liqasının ilk turu çərçivəsində daha bir oyun keçirilib.
Olimpnews.az xəbər verir ki, günün yeganə oyununda "Sumqayıt" klubu Mehdi Hüseynzadə adına şəhər stadionunda "Kəpəz"i qəbul edib. Oyun "Sumqayıt"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb -3:0.
Matçda hesabı 14-cü dəqiqədə açılıb. Meydan sahiblərinin heyətində Rüstəm Əhmədzadə adını tabloya yazdırıb. İlk hissədə "Gənclik şəhəri" təmsilçisi daha iki dəfə rəqibi mərkəzə dəvət edib. Əvvəlcə 26-cı dəqiqədə Aleksandr Ramalinqom fərqi iki topa çatdırıb. 10 dəqiqə sonra isə Aleksa Yankoviç matçda yekun hesabı müəyyənləşdirib -3:0.
Beləliklə, "Sumqayıt" klubu Misli Premyer Liqasına üç xalla başlayıb.
"Sumqayıt" Misli Premyer Liqasına üç xalla başladı
