Almaniyada legioner həyatı yaşayan Mahir Emreli yeni klubu "Kayzerslautern"də rəsmi matçlarda ilk qolunu vurub.
Olimpnews.az xəbər verir ki, 28 yaşlı futbolçu Almaniya Kubokunun 1/32 final mərhələsində səfərdə "Ayntraxt 1949"la qarşılaşmada rəqib qapısına yol tapıb. O, matçın 15-ci dəqiqəsində Semih Şahinin ötürməsindən sonra fərqlənib.
Qeyd edək ki, oyunda 7:0 hesablı qələbə qazanan "Kayzerslautern" növbəti mərhələyə yüksəlib.