"Atletik Bilbao" klubu İspaniya La Liqasına qələbə ilə başlayıb.
Olimpnews.az xəbər verir ki, San Mames stadionuna "Sevilya"nı qəbul edən Ernesto Valverdenin komandası 3:2 hesablı qələbə qazanıb. Gərgin və dramatik məcrada keçən oyunda hesabı 36-cı dəqiqədə penaltidən Niko Vilyams açıb. İlk yarının sonlarına yaxin - 43-cü dəqiqədə Maroan Sannadi fərqi iki topa çatdırıb. Lakin Əndəlus təmsilçisi ikinci hissədə təşəbbüsü ələ almağı bacarıb. Əvvəlcə 60-cı dəqiqədə İdi Lukebakio fərqi minimuma endirib. 72-ci dəqiqədə isə Lusien Aqoume hesabı bərabərləşdirib. Lakin qarşılaşmanın 81-ci dəqiqəsində Robert Navvaro fərqlənərək "Atletik Bilbao"nu yenidən hesabda önə çıxarıb. Beləliklə, çətin rəqib üzərində 3:2 hesablı qələbə qazanan "basklar" La Liqaya üç xalla başlayıblar.
La Liqa: "Atletik" "Sevilya" üzərində qələbə qazandı
