Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş mini futbol turniri 

Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş mini futbol turniri 

Vətən və millət yolunda canından keçərək şəhidlik zirvəsinə ucalan Pəncəli Teymurovun ömür yolu nə qədər qısa olsa da, müharibə meydanında göstərdiyi qəhrəmanlıqla gələcək nəsillər üçün bir tarix yazıb. 
Boya-başa çatdığı Astarada hər zaman öz işəhid Pəncəli Teymurovun xatirəsi əziz tutulur, böyük ehtiramla onu yad edilir və adına layiqli işlər görürlər.

Olimpnews.az xəbər verir ki, bu yaxınlarda “Ümid” İdman Kompleksində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı və “Ümid” İdman Kompleksinin dəstəyi ilə Şəhid Pəncəli Teymurovun xatirəsinə həsr olunmuş minifutbol üzrə Astara rayon açıq turniri keçirilib. 4 qrup üzrə 16 komandanın, ümumilikdə 185 idmançının iştirak etdiyi turnir uğurla yekunlaşıb. 
A qrupundan “Ümid FK” (Astara) komandası I, “Parakənd” (Lənkəran) komandası II, B qrupundan “Ərçivan FK” (Astara) komandası I, “Mamusta” (Lənkəran) komandası II, C qrupundan “Kijəbə FK” (Astara) komandası I, “Hirkan qəsəbə” (Lənkəran) komandası II, D qrupundan “Kənarmeşə” (Lənkəran) komandası I, “Tüləkvan” (Astara) komandası II qazanaraq turnirin 1/4 final mərhələsinə yüksəliblər.
1/4 final, yarımfinal və final oyundan sonra yekun nəticəyə əsasən I yeri “Ərçivan FK” (Astara) komandası, II yeri “Mamusta” (Lənkəran) komandası, III yeri “Tüləkvan” (Astara) komandası tutub.
Açılış və mükafatlandırma mərasimində Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Astara rayonu üzrə gənclər və idman sektorunun müdiri Rufan Şirinov və əməkdaşlar, Astara Olimpiya İdman Kompleksinin direktoru Aslan Ağayev, “Ümid” İdman Kompleksinin direktoru Ümidvar Məmmədov iştirak ediblər.
I, II, III yerləri tutan komandalar və komanda üzvləri Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin diplomları və qalib komandalar “Ümid” İdman Kompleksinin kuboku və hədiyyələri ilə, eləcə də fərqlənən təşkilatçılar və hakimlər Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşəkkürnamələri ilə təltif olunublar.