Bu gün mötəbər yarışın qalibi müəyyənləşəcək

Bu gün mötəbər yarışın qalibi müəyyənləşəcək

Bu gün ABŞ-ın Çinçinnati şəhərində nüfuzlu "Masters" turinirin qalibi müəyyənləşəcək.

Olimpnews.az xəbər verir ki, finalda üçqat "Böyük Dəbilqə" çempionu, dünya reytinqinin lideri italiyalı Yannik Sinner və dünyanın ikinci nömrəsi ispaniyalı Karlos Alkaras üz-üzə gələcək. Qeyd edək ki, rəsmi görüşlərdə şəxsi görüşlərin hesabı 9:5, Alkarasın xeyrinədir Onların bu mövsüm son iki oyunu "Böyük Dəbilqə" turnirlərinin finalına təsadüf edib. Karlos «Rolan Qarros»u, Yannik isə «Uimbldon»u qazanıb.