FİFA klublararası dünya çempionatının formatını yenidən dəyişə bilər.
Olimpnews.az Guardian nəşrinə istinadən xəbər verir ki, mötəbər turnir indiki kimi dörd ildən bir deyil, iki ildən bir keçirilə bilər. Dəyişikliklərin 2029-cu ildə rəsmiləşməsi planlaşdırılır. Bundan əlavə, çempionatın iştirakçıların sayının 32-dən 48-ə çatdırılması da təklif edilir.
Xatırladaq ki, turnir sonuncu dəfə bu yay ABŞ-da keçirilib. Finalda Londonun "Çelsi" klubu Fransa PSJ-sinə qalib gəlib - 3:0.