Levandovski "Levante" ilə matçda çıxış edəcək?

 Levandovski "Levante" ilə matçda çıxış edəcək?

Hazırda zədəsini sağaldan "Barselona"nın hücumçusu Robert Levandovski tezliklə meydana qayıda bilər.

Olimpnews.az klubun rəsmi saytına istinadən xəbər verir ki, həkimlərin verdiyi rəyə görə, 36 yaşlı futbolçunun reabilitasiyası planlaşdırıldığından daha yaxşı gedir. Levandovski gələn həftənin əvvəlində əsas qrupla tam məşqlərə başlaya bilər. Polşalı futbolçunun avqustun 23-də “Levante” ilə görüşdə iştirak etmək üçün şansı var.