Masallıda "Sağlam Gənclik" layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib

Masallıda "Sağlam Gənclik" layihəsi çərçivəsində kütləvi idman tədbiri keçirilib

Masallıda Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 35 nəfər idmançı və 30 nəfərə yaxın şəhər sakinin iştirak etdiyi "Sağlam Gənclik" layihəsi çərçivəsində açıq kütləvi idman tədbiri keçirilib. 

Olimpnews.az xəbər verir ki, şəhərdəki Nizami Gəncəvi adına xatirə parkında baş tutan tədbirində cüdo, boks, sərbəst və yunan-Roma güləşi idman növləri üzrə nümunəvi çıxışlar göstərilib.

Rayonda idmanın kütləviliyinin təmin edilməsi, sağlam həyat tərzinin təbliği və idmana marağın artırılması məqsədi ilə keçirilən tədbiri şəhər sakinləri böyük razılıqla qarşılanıb.