“İdman hamı üçün” layihəsi Yardımlıda

“İdman hamı üçün” layihəsi Yardımlıda

Yardımlıda “İdman hamı üçün” layihəsi çərçivəsində açıq idman tədbiri keçirilib. 

Olimpnews.az xəbər verir ki, futbol, voleybol, güllə atıcılığı, gimnastika və digər idman növləri üzrə nümunəvi çıxışlar əhalidə böyük maraq yaradıb. Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Yardımlı İdman Kompleksində baş tutan idman tədbirinin məqsəd əhali arasında idmanın təbliği, ona kütlə arasında marağın artırılması, sağlam həyat tərzinə çağırış, asudə vaxtın səmərəli təşkili olub.