"Napoli"də ciddi itki

"Napoli"də ciddi itki

İtaliyanın “Napoli” klubu ciddi itki ilə üzləşib. 
Olimpnews.az xəbər verir ki, neapolluların hücumçusu Romelu Lukaku  zədə səbəbindən 3 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq. 
32 yaşlı futbolçu sol budunun rektus əzələsindən ciddi zədə alıb. Belçikalı hücumçu əməliyyat olunacağı üçün “Napoli” klubu yeni futbolçu axtarışına başlayıb.