Beşqat Olimpiya çempionu bürünc heykəlini gördü

Beşqat Olimpiya çempionu bürünc heykəlini gördü

Sietldə dördqat WNBA çempionu Syu Birdin bürünc heykəlinin açılış mərasimi keçirilib.

Olimpnews.az xəbər verir ki, mərasimdə 20 mövsümdən sonra karyerasını bitirən səbəbkarın özə də iştirak edib.
Qeyd edək ki, Syu Bird 2002-2022-ci illərdə "Seattle Storm"da oynayıb. O, qadın basketbolu tarixində ən çox mükafat alan idmançılardan biri hesab olunur. O, 13 dəfə Ulduzlar Oyununda iştirak edib. ABŞ milli komandasının tərkibində dördqat dünya çempionu və beşqat Olimpiya çempionu olub.