"Məni orada yüksək səviyyədə qarşılayıblar"

"Məni orada yüksək səviyyədə qarşılayıblar"

NBA-nın beşqat çempionu Dennis Rodman Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen Inla bağlı sualı cavablandırıb.

Rodman qeyd edib o, bir neçə dəfə KXDR-də olub. Olimpnews.az xəbər verir ki, bu ölkənin lideri səfərlər zamanı məşhur basketbolçunu qəbul edib. "Düzünü desəm, bu barədə məndən hər zaman soruşurlar. Nə baş verir? Mənə görə, o, həqiqətən, normal oğlandır. Mən onun sarayında, bir adada və xizək kurortunda olmuşam. Məni orada yüksək səviyyədə qarşılayıblar",-  Neon portalı Denis Rodmandan sitat gətirib.