"Milan"ın sabiq kapitanı Davide Kalabriya Yunanıstanın "Panatinaikos" klubuna transfer olunub.
Olimpenws.az xəbər verir ki, müdafiəçi yeni klubu ilə 2028-ci ilə qədər müqavilə imzalayıb. "Afinaya xoş gəlmisiniz!" - deyə klubun mətbuat xidməti X sosial şəbəkəsində paylaşım edib.
Qeyd edək ki, 28 yaşlı müdafiəçi karyerasının böyük hissəsini “Milan”da keçirib. Ümumilikdə bütün turnirlərdə o, “rossonerilər”in heyətində 272 oyun keçirib, 10 qol vurub və 21 məhsuldar ötürmə edib. Ötən mövsüm futbolçu "Boloniya"nın heyətində İtaliya kubokunu qazanıb.