Madrid "Real"nın baş məşqçisi Xabi Alonso La Liqanın birinci turu çərçivəsində "Osasuna" ilə oyundan əvvəl mətbuat konfransında iştirak edib.
Olimpnews.az xəbər verir ki, bir sıra məsələlərə aydınlıq gətirib. "Artıq özümüzü həyəcanlı hiss edirik. Doğma arenada meydana çıxmaq üçün çox səbirsizlənirik. İlk oyun çox vacibdir və bu səbəbdən yaxşı başlanğıc götürməliyik", - deyə X. Alonso bildirib.
O, Madrid azarkeşlərinə musanı əti barədə də suallara cavab verib. "Madrid azarkeşləri ilə münasibətim hər zaman çox yaxşı olub. Hətta buradan kənarda olarkən belə onların sevgisini hiss etmişəm. Özümü bütün bunlar qarşısında hazır hiss edirəm.
Xabi Alonso: "Madrid azarkeşləri ilə münasibətim hər zaman yaxşı olub"
