İtaliyanın “Atalanta” klubu A seriyasının startı ərəfəsində heyətini yeni futbolçu ilə gücləndirib.
Olimpnews.az xəbər verir ki, klub rəhbərliyi "İnter"dən Nikola Zalevskini heyətinə cəlb edib.
Futbolçu ilə 4+2 illik müqavilə imzalanıb. Transferin ümumi dəyəri 17 milyon avrodur.
"Atalanta" yeni transferini rəsmiləşdirdi
