Ederson "Qalatasaray"ın təklifini qəbul etdi 

Ederson "Qalatasaray"ın təklifini qəbul etdi 

Braziliyalı qapıçı Ederson Moraes karyerasını Turkiyənin “Qalatasaray” klubunda davam etdirməyə razılıq verib.
Olimpnews.az xəbər verir ki, hazırda transferin həyata keçməsində əsas maneə İngiltərənin "Mançester Siti" klubunun transfer üçün tələb etdiyi məbləğdir. Belə ki, "şəhərlilər" "sambaçı" üçün 25 milyon avrodan yuxarı məbləğ tələb edir. "Sarı-qırmızılılar" isə maksimum 15 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər.