Bu gün Misli Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün Misli Premyer Liqasında daha bir oyun keçiriləcək

Bu gün futbol üzrə Misli Premyer Liqasında birinci tura yekun vurulacaq. 
Olimpnews.az xəbər verir ki, turun son oyununda "Araz-Naxçıvan" və  "Zirə" klubları üz-üzə gələcək. Zirə İdman Kompleksinin stadionunda keçiriləcək oyuna saat 20:00-da start veriləcək. Oyunun baş hakimi Rəvan Həmzəzadə olacaq.  
Qeyd edək ki, I tur çərçivəsində keçirilməli olan "Sabah" - "Qarabağ" oyunu Ağdam təmsilçisinin “Çempionlar Liqasının pley-off mərhələsindəki “Ferensvaroş”la qarşılaşmasına görə təxirə salınıb.