Çempionlar Liqasında ley-off mərhələsinə start verilir 

Çempionlar Liqasında ley-off mərhələsinə start verilir 

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında Pley-off mərhələsinə start veriləcək. 
Olimpnews.az xəbər verir ki, mərhələnin ilk oyun günündə üç qarşılaşma təşkil olunacaq. Azərbaycanlı azarkeşlərin əsas diqqəti  Budapeştdə keçiriləcək "Ferentsvaroş" (Macarıstan) - "Qarabağ” oyununa yönələcək. Oyuna Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Günün digər oyunlarında Serbiyanın "Srvena Zvezda" klubu doğma azarkeşlər önündə Kiprin "Pafos" komandasını, Şotlandiyanın "Reyncers" komandası isə Belçika "Brügge"sini qəbul edəcək. Hər iki oyun Bakı vaxtı ilə 23:00-da başlayacaq. 
Mərhələnin digər oyunları sabah keçiriləcək. Cavab oyunları isə bir həftə sonra təşkil olunacaq.