"Fənərbağça" meksikali futbolçu üçün "Vest Hem"lə razılığa gəldi

"Fənərbağça" meksikali futbolçu üçün "Vest Hem"lə razılığa gəldi

Türkiyənin "Fənərbağça" klubu yay transfer pəncərəsi dövründə heyətini yeni futbolçu ilə gücləndirmək istəyir.

Olimpnews.az xəbər verir ki, "sarı-lacivərdlilər" Premyer Liqada çıxış edən Edson Alvarezi heyətinə cəlb etmək istəyir. İstanbul təmsilçisi artıq futbolçu ilə bütün şərtlərdə razılıq əldə edib. Belə ki, "Fənərbağça" klubu 27 yaşlı meksikalı dayaq yarımmüdafiəçisini satınalma bəndi ilə icarəyə götürmək üzrədir. Transfer şərtlərinə görə "Vest Hem" klubunun rəhbərliyi futbolçunun maaşının tam ödənilməsini istəyib və "Türkiyə klubu bu təklifi qəbul edib.