Braziliyalı döyüşçüyə qadağa qoyulub

Braziliyalı döyüşçüyə qadağa qoyulub

Orta çəkidə keçmiş UFC iştirakçısı olan braziliyalı Paulo Kosta bildirib ki, təşkilat rəhbərliyi ona Çikaqoda təşkil olunacaq UFC 319 turnirində iştiraka qadağa qoyub.
"Çikaqodakı turnirdə iştirak etmək istəyirdim. Roman Kopılovla döyüşdən sonra UFC ilə bu barədə razılığa gəldik. Amma turnirə bir neçə gün qalmış qurumdan mənə zəng edib, dedilər ki, Paulo, sən heç yerə getməməlisən", - Kosta Ariel Helvaninin podkastında açıqlama verib.