Niderlandlı pilot su üzərində istirahət edir - FOTO

Niderlandlı pilot su üzərində istirahət edir - FOTO

"Red Bull Rasinq"in 27 yaşlı pilotu, dördqat Formula 1 çempionu Maks Verstappen yay tətilindən olan fotoları paylaşıb.

Olimpnews.az xəbər verir ki, niderlandlı pilot folqa lövhəsində öz bacarığını nümayiş etdirib.

Məlumat üçün bildirək ki, folqa lövhəsi xüsusi sualtı qanadı, bəzən idmançı üçün arxa oturacaq və ayaq dayaqları ilə təchiz olunmuş lövhədir. Bu lövhə qayıq arxasında suda yüksək sürət üçün nəzərdə tutulub.