"Zirə" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi 

"Zirə" - "Araz-Naxçıvan" oyununda qalib müəyyənləşmədi 

Futbol üzrə Misli Premyer Liqasında birinci tur çərçivəsində daha bir oyun keçirilib. 
Olimpnews.az xəbər verir ki, turun son oyun günündə "Zirə" klubu "Araz-Naxçıvan"ı qəbul edib. Zirə İdman Kompleksinin stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib. Matçda hesab ilk hissənin sonlarında - 45+1-ci dəqiqədə açılıb. Qəsəbə təmsilçisinin heyətində İssa Cibrilla fərqlənib. Lakin Rəşad Sadıxovun komandası qələbə hesabını qoruya bilməyib. 65-ci dəqiqədə Bəxtiyar Həsənalızadə matçda bərabərliyi bərpa edən qolun müəllifi olub. 
Beləliklə, hər iki komanda heç-heçə sayəsində çempionata bir xalla başlayıb. 
Xatırladaq ki, turun "Sabah" - "Qarabağ" oyunu ağdamlıların Çempionlar Liqasındakı oyununa görə təxirə salınıb.